İvanovun saxlanılması Putinə məruzə olunub

ivanovun-saxlanilmasi-putine-meruze-olunub
Oxunma sayı: 4304

Rusiya Prezidenti Vladimir Putinə ölkənin müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanovun saxlanılması ilə bağlı məruzə edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, müdafiə naziri Sergey Şoyqu İvanovun saxlanması barədə əvvəlcədən məlumatlandırılıb.