Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb

jurnalist-ayten-memmedova-bicaqli-hucuma-meruz-qalib
Oxunma sayı: 5263

Jurnalist Aytən Məmmədova bıçaqlı hücuma məruz qalıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, jurnalistin tanımadığı şəxs ona yaşadığı binanın blokunda hücum edib. Bıçağı media nümayəndəsinin boğazına dirəyən şəxs, ondan adını çəkmədiyi məhkəmə işindən yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.

Xəbəri rus dilində oxuyun: Журналистка Айтен Мамедова подверглась нападению