Karantini pozan taksi sürücüsü həbs olundu

Karantini pozan taksi sürücüsü həbs olundu
Oxunma sayı: 3170

Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami RPİ 23-PB-də toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi