Rusiya ordusu Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdə yerləşən binasına dron zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında hücum faktını təsdiqləyib.
Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin binasına düşən pilotsuz uçuş aparatı (PUA) birbaşa Xidmətin rəhbəri Aleksandr Pokladın həmin binadakı kabinetinə yönəldilib.
Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.
Zelenski xəsarət alanlara lazımi yardımın göstəriləcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər