Kiyevi tərk etməyə çağırdı

kiyevi-terk-etmeye-cagirdi
Oxunma sayı: 500

Kiyev meri Vitali Kliçko şəhər sakinlərini genişmiqyaslı kommunal böhran və enerji sisteminin çökməsi təhlükəsi səbəbindən şəhəri müvəqqəti tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu açıqlamanı “Agence France-Presse” agentliyinə müsahibəsində səsləndirib.

“Paytaxtdan kənarda dostları və ya qohumları olanlar onların yanına müvəqqəti köçməyi düşünməlidirlər”, - deyə o bildirib.