Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Ermənistan İstintaq Komitəsinə çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” məlumat yayıb.
“Mənimlə Sergey Asaturov sentyabrın 22-də mənə qarşı başlanan siyasi təqib işi üzrə istintaq komitəsinə çağırıldıq. Bizi hansı sürprizin gözlədiyini müəyyən müddət sonra biləcəyik”, - deyə Köçəryan bildirib.