Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan tanınmış aktrisa Melisa Döngəllə bağlı yeni iddialar ortaya çıxıb.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, istintaq zamanı onun telefonunda narkotik maddələrlə bağlı olduğu iddia edilən mesajlar və fotolar aşkarlanıb.
Məlumata görə, yazışmalarda narkotik maddə istədiyini göstərən ifadələr yer alıb.
İddialara görə, mesajda “Kokain lazımdır, təcili, dostum” kimi ifadələr yer alıb.

Son xəbərlər
Son Xəbərlər