Vətən müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb. Dekabrın 8-də isə komadan ayılmayaraq şəhadətə qovuşub.
Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.
Şəhidlik zirvəsinə yüksələn zabit Səfərov İkinci Fəxri Xiyabanda dəfn edilib.


Son xəbərlər
Son Xəbərlər