“Rəqibi təbrik edirəm, yaxşı qalibiyyət əldə etdilər. Belə bir nəticənin olacağını təxmin edirdim, çünki komandam həddindən artıq böyük güc sərf edib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının birinci turundan təxirə salınmış “Sabah”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
“Neçə turnirdə iştirak ediblər. Həm psixoloji, həm də fiziki güc sərf ediblər. Bəzi futbolçuların bu gün meydana hazır olmamasını görürdük. Bəzi oyunçularda problemlərimiz oldu. Hansı ki, məşq buraxmışdı, xəstələnmişdi. Bir neçə faktlar oldu, hər bir halda buna səbəb deyil. Mənə elə gəlir ki, bu oyun bizə gələcəkdə böyük fayda verəcək. Biz rəqibin gücünü və istəyini tam gördük. Əvvəldən də bildirmişdik ki, çox ciddi komanda gəlir üzərimizə. Azarkeşlərimiz də çox fantastik idilər, çox yaxşı atmosfer var idi. 2 gün sonra Qəbələdə oyunumuz var, həmin oyuna hazırlaşmalıyıq. Baxmayaraq ki, komanda əzilib, çox yorulub”.
Son xəbərlər
Son Xəbərlər