“Latsio” klubunun azarkeşləri komandalarının ötən gün “Cenoa”ya 3:2 hesabı ilə qalib gəldikləri matçını boykot ediblər.
“Qafqazinfo” xəbər verir ki, matça cəmi 2300 bilet satılıb.
Buna səbəb isə azarkeşlərin klub rəhbərliyinin idarəçiliyinə etirazları olub. Onlar bilet qiymətlərinin yüksək olmasından və Roma təmsilçisinin prezidentinin yanlış addımlarından narazıdırlar.
Boykotun davam edəcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər