Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi və rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, komitə sədri Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb.
Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.
İraq türkmanlarının problemlərinin də daim Azərbaycan dövlətinin diqqətində olduğunu söyləyən komitə sədri iki qardaş xalq arasındakı mədəni-ədəbi əlaqələrin inkişafına Şəmsəddin Kuzəçinin verdiyi töhfələri qeyd edib, gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.
Səmimi qəbula görə minnətdarlıq edən qonaq dərnəyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Komitə tərəfindən dərnəyin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər