Konqonun şimal-qərbində iki gəminin toqquşması nəticəsində 30 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərlə yanaşı, on nəfər itkin düşüb, 57 nəfəri isə xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edilib ki, gəmilərdən biri Businga şəhərindən ölkənin paytaxtı Kinşasaya, digəri isə Kinşasadan Lukolelaya gedirmiş. Onlardan birində 163 nəfər olub. İkinci gəmidə neçə nəfərin olması barədə hələ ki, məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər