“Kontakt”ın Nərimanovda yeni ünvanda nəhəng mağazası açıldı - 60%-dək endirimlər

kontaktin-nerimanovda-yeni-unvanda-neheng-magazasi-acildi
Oxunma sayı: 2219

Ölkənin sevimli şəbəkəsi olan “Kontakt”ın Nərimanov ərazisində nəhəng və unikal mağazasının açılışı baş tutdu. Çoxdandır gözlənən açılışda ziyarətçilər müğənni Hissin musiqili çıxışı və şou-proqram sayəsində doyunca əylənib, həm də, hədiyyəli müsabiqələrdən əlidolu ayrılıblar.

Əvvəlki “Nərimanov” mağazasından 3 dəfə böyük, tam 3000 m2 sahəyə malik bu mağazanın birinci mərtəbəsində rəqəmsal, böyük və kiçik məişət texnikası, qab-qacaqlara; aşağı mərtəbəsində isə mebel, ev tekstilinə aid 30 000-dən çox məhsul çeşidi var.

Bütün bunlarla yanaşı, burada “Philips” brendinin “Kofe Zonası”na yaxınlaşaraq alış-verişinizi bir fincan qəhvə ilə daha dadlı edə bilərsiniz. Bu əsnada isə, şirin balalarınızın əyləncəli zaman keçirməsi üçün “Uşaq Zonası”nda hər cür şərait mövcuddur. Üstəlik, Pulsuz “Wifi” xidmətindən istifadə edərək növbə gözləmək prosesinizi daha səmərəli etmək imkanınız da var.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR, 24 AYADƏK HİSSƏLİ ALIŞ İMKANI

İndi isə, hər kəsin xüsusi diqqətini çəkən fürsətlərdən danışaq. Belə ki, şəbəkə mağazanın açılışına özəl olaraq ən sərfəli şərtlər ilə alış-veriş imkanı yaradıb. Böyükdən kiçiyə bütün növ məhsullara nağd alışda 60%-dək endirim fürsəti istisnasız hər kəsi sevindirib.

Açılış kampaniyası çərçivəsində hissəli alış şərtlərindən yararlanmaq istəyən müştərilərin də könlü şad olub. Çünki həmin alıcılar smartfon, notbuk, smart saat, qulaqlıqları 18 ay olmaqla, televizor, məişət texnikaları, qab-qacaq, ev tekstili və mebelleri isə düz 24 ay faizsiz, komissiyasız, ən əsası isə ilkin ödənişsiz şərtlərlə əldə etmək imkanını yerindəcə dəyərləndiriblər.

Aprelin 21-dək davam edən endirim günlərində:

- 9 günədək işləmə müddəti olan, Amoled ekranlı Kieslect smart saatını indi 270 yox, 130 manata;

- 6 kq-lıq Hoffmann paltaryuyanını pulsuz çatdırılma və quraşdırılma ilə 540 yox, 350 manata;

- 2000 Vt gücə malik və keramik altlıqlı Philips ütüsü 100 manat yox, 40 manata;

- 256 Gb-lıq Xiaomi Redmi Note 13 hissəli alışda ayda 22 manata;

- Baza və yataq mexanizmli Sədəf divanını isə ayda sadəcə 25 manata almaq mümkündür.

Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən Nərimanovda Metropark t/m ilə üzbəüz yerləşən yeni və nəhəng “Kontakt” mağazasına mümkün qədər tez gəlməyiniz məsləhətdir.