“Koronavirusa yoluxmuş şəxs bunu ailəsindən də gizlədib”

koronavirusa-yoluxmus-sexs-bunu-ailesinden-de-gizledib
Oxunma sayı: 4902

"Yumşaldıcı tədbirlərdən sonra yoluxma daha da artıb".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, mövcud vəziyyət sadəcə Gəncədə deyil, digər rayonlarda da gərginləşir:

"Artıq yoluxma az olan yerlərdə də virus sürətlə yayılmağa başlayıb. Gəncədəki həkimin "bizə kömək edin" deyə müraciəti TƏBİB-ə yox, xalqa ünvanlanmışdı. Çünki xalq artıq inanmamağı buraxıb, qaydalara əməl etməli, bununla da həkimlərə kömək etməli, onların yükünü azaltmalıdırlar. Bir neçə hal olub ki, koronavirusa yoluxmuş şəxs bunu ailəsindən də gizlədib, evdə özünü müalicə etməyə cəhd edib. Bu vəziyyət xəstəliyin ağırlaşmasına, hətta virusa yoluxan şəxsin ölümünə səbəb olur. Buna görə də insanlar koronavirus simptomları hiss edən kimi təcili tibbi yardım xidmətinə müraciət etməlidirlər".

Murad Əhməd