ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda radioaparıcı Hyu Hyuitə müsahibəsində danışıb.
Onun fikrincə, ada ölkəsi “dərin bəlada” və “ipdən asılı vəziyyətdədir”.
“Düşünmürəm ki, Kubaya gedib oranı partlatmaqdan başqa onlara təzyiq edəcək heç nə qalmayıb”, - Tramp bildirib.
ABŞ lideri Kuba xalqını “böyük” və “güclü xalq” adlandırıb.
“ABŞ dövlət katibi Marko Rubionun bir az kubalı qanı var. Məncə, Marko kifayət qədər yaxşı iş görür, eləmi? Necə düşünürsünüz? ... O, hara getsə, biz uğur qazanacağıq”, - Tramp əlavə edib.
Son xəbərlər
Son Xəbərlər