Gələn il pensiya yaşıdır, imtahanda 59 bal yığdı

gelen-il-pensiya-yasidir-imtahanda-59-bal-yigdi
Oxunma sayı: 465

Qazax rayonunda 64 yaşlı müəllim sertifikasiya imtahanında yüksək nəticə göstərərək gənc həmkarlarına nümunə olub.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Qazax rayonu Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Abdullayeva Nüşabə Yusif qızı müəllimlərin sertifikatlaşdırılması prosesində könüllü olaraq iştirak edib.

64 yaşlı pedaqoq imtahanda yüksək bilik və bacarıq nümayiş etdirərək mümkün 60 baldan 59-unu toplamağı bacarıb.