Fil Dişi Sahili tarixində ilk dəfə pley-off-da - Video

fil-disi-sahili-tarixinde-ilk-defe-pley-off-da
Oxunma sayı: 766

Fil Dişi Sahili millisi 2026-cı il Dünya Çempionatında tarixi uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, Qərbi Afrika təmsilçisi E qrupunun son turunda Kürasaonu 2:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlib.

Komandanın hər iki qolunu təcrübəli hücumçu Nikolas Pepe vurub. O, hesabı 7-ci dəqiqədə açıb, 64-cü dəqiqədə isə dubl edərək komandasının qələbəsini rəsmiləşdirib.

Fil Dişi Sahili turnirə Ekvador üzərində 1:0 hesablı qələbə ilə başlamış, ikinci turda Almaniyaya uduzmuşdu. Kürasao üzərindəki qələbə sayəsində “Fillər” qrupdan çıxmağı bacarıb.

Pley-off mərhələsində Fil Dişi Sahili iyunun 30-da I qrupunda ikinci yeri tutacaq komanda – Fransa və ya Norveçlə qarşılaşacaq.

Kürasao isə tarixində ilk dəfə DÇ-nin pley-off mərhələsinə yüksəlmək şansını əldən verib. Karib dənizi təmsilçisi qrup mərhələsini mübarizəni dayandıraraq başa vurub.

Qeyd edək ki, Fil Dişi Sahili indiyədək dörd dəfə DÇ-də iştirak etsə də, heç vaxt qrup mərhələsini adlaya bilməmişdi. 2026-cı il mundialı bu baxımdan komanda üçün tarixi turnirə çevrilib.