Kürdəmirdə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.
Belə ki, “Audi” markalı avtomobilin sürücüsü həmin ərazidə hərəkətdə olarkən binanın qarşısında dayanan ikisi azyaşlı olmaqla 4 nəfəri vurub.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 22-si saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) xəstəxanaya hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər