Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskə işgüzar səfərə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun Minskə Rusiya və Belarus Xarici İşlər nazirlikləri kollegiyasının birgə iclasında iştirak etmək üçün getdiyi bildirilib.
Səfər çərçivəsində Lavrov, Belarus Prezidenti Aleksandr Lukaşenko və xarici işlər naziri Sergey Aleyniklə görüşəcək.
Son xəbərlər
Son Xəbərlər