Lənkəran İcra Hakimiyyətində yeni - Təyinatlar

lenkeran-icra-hakimiyyetinde-yeni
Oxunma sayı: 9353

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatına yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.

Yeni təyin olunan birinci müavin Mikayıl Cəfərzadə və müavin Aqil Dadaşov daha əvvəl Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. 

Xatırladaq ki, Lənkəranın icra başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevralında vəzifəsindən azad olunub.

Fotoda Mikayıl Cəfərzadə