Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı

lenkeranda-13-yasli-qizin-barmaqlari-etceken-masinda-qaldi
Oxunma sayı: 2080

Lənkəranda yeniyetmənin barmaqları ətçəkən maşında qalıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində olub.

Belə ki, kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb.

Yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

FHN-Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri onun barmaqlarını ətəkən maşından çıxarıb.

Surxay Şahbazov