Lənkəranda ər-arvad dəm qazından öldü

lenkeranda-er-arvad-dem-qazindan-oldu
Oxunma sayı: 2259

Lənkəranda ər-arvad dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Cəfərov Murad Aydın oğlu və həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölü vəziyyətdə tapılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov