Lənkəranda minik avtomobilləri toqquşdu - Xəsarət alan var

lenkeranda-minik-avtomobilleri-toqqusdu
Oxunma sayı: 1392

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsi ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sütəmurdov kənd sakini Elşən Əskərovun idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili  “Nissan Note” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü E. Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov