Levandovskini “Fənərbaxça”ya gətirmək istəyir

levandovskini-fenerbaxcaya-getirmek-isteyir
Oxunma sayı: 417

“Fənərbaxça” prezidentliyə namizədlərindən olan Hakan Safi azad agent statusu daşıyan Robert Levandovski ilə razılıq əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.

Məlumata görə, İspaniyanın “Barselona” klubundan ayrılacağını açıqlayan 37 yaşlı polşalı forvardın nümayəndəsi ilə keçirilən görüşdə “1+1” illik müqavilənin bütün detalları müzakirə olunub. Levandovskinin Kataloniya təmsilçisi ilə sözləşməsi bu mövsümün sonunda başa çatıb.

Digər tərəfdən, prezidentliyə namizəd H. Safinin transfer siyahısının təkcə Levandovski ilə məhdudlaşmadığı bildirilir. Onun Türkiyə milli komandasının formasını geyinən iki ulduz futbolçu – Merih Demiral və Hakan Çalhanoğlu ilə də ilkin razılığa gəldiyi iddia olunur.