Litvanın müdafiə naziri istefa vermək istəyir - KİV

litvanin-mudafie-naziri-istefa-vermek-isteyir
Oxunma sayı: 1635

Litva Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas istefa verməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “LRT” milli radiosu məlumat yayıb.

Radiostansiyanın xəbərinə görə, müdafiə naziri prezident Gitanas Nausedaya şənbə günü əvvəlcədən planlaşdırılmamış görüş üçün müraciət edib.

Mənbələr nazirin istefasını açıqlayacağını iddia edir.

Siyasi müstəvidə yayılan xəbərlərə görə, Anuşauskas hökumət başçısı İnqrida Şimonite ilə fikir ayrılığı səbəbindən vəzifəsini tərk etmək qərarına gəlib. Baş nazirin bu həftə səfərdə olduğu ABŞ-də Anuşauskasın bəyanatlarından qəzəbləndiyi iddia edilib. Ancaq Şimonitenin narazılığına nəyin səbəb olduğu açıqlanmır.