“Liverpul” “Tottenhem”i darmadağın edib finala yüksəldi

liverpul-tottenhemi-darmadagin-edib-finala-yukseldi
Oxunma sayı: 2707

İngiltərə Liqa Kubokunda ikinci finalçı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda “Liverpul” və “Tottenhem” komandaları qarşılaşıb. 

Görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, “Liverpul” adını finala yazdırıb. Klub finalda “Nyukasl” ilə qarşılaşacaq.

Həlledici oyun martın 16-da Londondakı “Uembli” stadionunda keçiriləcək.