Belarus Prezidenti Aleksandr Lukaşenko müxalif siyasətçi Nikolay Statkeviçin ailəsinin xahişlərini nəzərə alaraq, onun keçirdiyi xəstəlikdən sonra evə qayıtmasına icazə verib.
“Qafqazinfo” Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib.
“Əvvəlcə xatırlatmaq istəyirəm ki, Nikolay Statkeviçin əfv edilməsi barədə qərarı prezident çoxdan qəbul etmişdi. Lakin o zaman Statkeviç “cənnət bağçası”na (Avropa İttifaqı – red.) getməkdən imtina etmiş və həbsxanaya qayıtmışdı”, - Eysmont deyib.
Onun sözlərinə görə, bundan sonra Statkeviçin səhhətində problemlər yaranıb. Beyin infarktı (işemik insult - red.) keçirmiş siyasətçi prezidentin qərarı ilə tibb müəssisəsinə köçürülüb.
Hazırda Statkeviçin ev şəraitində müalicə aldığı bildirilir.
Qeyd edək ki, Nikolay Statkeviç 2010-cu ildə keçirilmiş prezident seçkilərində Lukaşenkonun rəqiblərindən biri olub. O, səsvermədən sonra iğtişaşların təşkili ittihamı ilə həbs edilib.
Son xəbərlər
Son Xəbərlər