Mahir məşqlərə başladı - Fotolar

mahir-mesqlere-basladi
Oxunma sayı: 1974

Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu və millimizin üzvü Mahir Emreli bu gün yenidən məşq meydançasında görünüb.

“Qafqazinfo” xəbər verir ki, klubun yaydığı məlumata görə, futbolçu komanda ilə birgə açıq məşqə qatılıb.

Daha sonra isə Mahir Emreli fərdi məşq proqramı çərçivəsində əlavə hazırlıq keçib.

Qeyd edək ki, klub azarkeşləri Mahir Emrelinin tam bərpa olunaraq qarşıdakı oyunlarda meydançaya çıxacağını səbirsizliklə gözləyir.

Xatırladaq ki, Emreli ikinci Bundesliqanın 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnmişdi.