Manaf Ağayevlə iş adamı 15 sutka həbs edildi - Foto

manaf-agayevle-is-adami-15-sutka-hebs-edildi
Oxunma sayı: 17299

İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan Hüseynov həbs edilib.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Xəbəri rus dilində oxuyun: Манаф Агаев и бизнесмен арестованы на 15 суток - Фото

Кто они - новые главы ИВ? - Досье

Трагедия двух сестер в Азербайджане - в один день погибли 8 человек

Qeyd edək ki, M.Ağayev dünən bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Müğənni müzakirələrə səbəb olan videonu daha sonra instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib.

Həmçinin oxuyun: Manaf Ağayevin Füzulidəki bu görüntüləri müzakirə yaratdı - Video

Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir? - Fotolar