Masazırda itlər azyaşlı uşaqlara hücum etdi - Vəziyyətləri ağırdır

masazirda-itler-azyasli-usaqlara-hucum-etdi
Oxunma sayı: 4901

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Azyaşlıların valideyinləri övladlarının vəziyyətlərinin ağır olduğunu bildiriblər.