Maşın “lyuk”a düşdü, sürücü kömək çağırdı - Video

masin-lyuka-dusdu-surucu-komek-cagirdi
Oxunma sayı: 653

Abşeron rayonu Xırdalan şəhərində minik avtomobili kanalizasiya quyusuna düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində - “Rahat Market”in qarşısında baş verib.

Quyunun dəmir barmaqlığının olmaması səbəbindən avtomobilin ön təkəri oraya düşüb. Nəqliyyat vasitəsinin sürücüsü nə qədər çalışsa da, maşını çıxara bilməyib və əlavə kömək çağırıb.

Hadisə şahidləri bildiriblər ki, dünən həmin “lyuka” başqa avtomobil və moped də düşüb.

Qeyd edək ki, paytaxtda və ətraf ərazilərdə kanalizasiya quyularının, eləcə də digər kommunikasiya “lyuk”larının qapaq və barmaqlıqlarının oğurlanması hallarına tez-tez rast gəlinir. Bu kimi avadanlıqların əsasən metal toplayan şəxslər tərəfindən oğurlandığı deyilir.