Maşında köməksiz qalan 2 yaşlı uşaq belə xilas edildi - Video

masinda-komeksiz-qalan-2-yasli-usaq-bele-xilas-edildi
Oxunma sayı: 1190

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlının avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2021-ci il təvəllüdlü E.Aşullı yaşadığı fərdi evin qarajında avtomobilin içərisində olarkən qapılar kilidlənib və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə avtomobilin qapısını açaraq azyaşlını ailəsinə təhvil veriblər.