Mask “Starlink”i İranda pulsuz etdi

mask-starlinki-iranda-pulsuz-etdi
Oxunma sayı: 411

Amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti İranda davam edən genişmiqyaslı internet kəsintiləri fonunda ölkədəki “Starlink” peyk rabitəsi xidmətlərini tamamilə pulsuz edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. 

ABŞ-də fəaliyyət göstərən və iranlıların təhlükəsiz internetə çıxışını təmin edən “Holistic Resilience” təşkilatının rəhbəri Əhməd Əhmədian bildirib ki, şirkət İranda abunə haqqını ləğv edib və artıq cihaz sahibləri xidmətdən heç bir ödəniş etmədən yararlana bilirlər.

Qeyd edək ki, “NetBlocks” monitorinq xidmətinin son məlumatına görə, dekabrın 28-dən başlayan etirazlarla bağlı İran son 5 gündür ki, ən ağır rəqəmsal blokada şəraitindədir. Ölkə daxilində internet xidmətləri demək olar ki, tamamilə dayandırılıb.