Məhkəmə zalında qolları qandallı halda uşaq dünyaya gətirdi

mehkeme-zalinda-qollari-qandalli-halda-usaq-dunyaya-getirdi
Oxunma sayı: 587

Nyu-Yorkda 33 yaşlı qadın 24 saatdan çox həbsdə saxlanıldıqdan sonra Bruklin məhkəmə zalında qandallı vəziyyətdə doğuş edib.

“Qafqazinfo” xəbər verir ki, Samanta Randazzo narkotik maddə saxlamaq və icazəsiz əraziyə daxil olmaq ittihamları üzrə məhkəmə iclası zamanı doğuş sancıları keçirib və məhkəmə zalında övladını dünyaya gətirib.

Hadisə zamanı o, hüquq-mühafizə orqanları və məhkəmə əməkdaşlarının əhatəsində olub. Hüquq müdafiəçiləri qadının lazımi tibbi yardım, şəxsi məxfilik və insan ləyaqətinə uyğun şərait olmadan doğuş etdiyini bildiriblər və bu səbəbdən Nyu-York Polis Departamenti və məhkəmə sistemi ilə bağlı araşdırma tələb ediblər.

Qadının vəkili isə məhkəmə əməkdaşlarının dərhal reaksiya verdiyini, hakim tərəfindən zalın boşaldıldığını və vəziyyətə operativ müdaxilə olunduğunu bildirib.

Məlumata görə, həm ana, həm də körpənin vəziyyəti yaxşıdır.