Ölkəmizin sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş general-mayor İsgəndər Allahverdiyev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakıda anadan olub.
Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin edilib. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Sonrakı dövrdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.
İsgəndər Allahverdiyev sonrakı illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini kimi fəaliyyət göstərib.
O, “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı, eləcə də digər medal və təltiflərə layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər