CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ceyloya-benzerliyi-ile-gundem-oldu
Oxunma sayı: 476

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Montiçello şəhərində baş verib.

Məlumata görə, Kuast mağazadan təxminən 580 dollar dəyərində iki elektrik aləti batareyası oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Mağaza əməkdaşının Kuastı daha əvvəl baş verən başqa bir oğurluq hadisəsindən tanıdığı bildirilib. Məlumat polisə çatdırıldıqdan sonra qadın saxlanılıb.

Polis qeydlərinə əsasən, Kuast dindirmə zamanı batareyaları götürdüyünü etiraf edib. O, ağır cinayət oğurluğunda ittiham olunub və prosedurlar tamamlandıqdan bir gün sonra sərbəst buraxılıb. Lakin hadisəni sosial şəbəkələrdə gündəmə gətirən onun ittihamları deyil, fotosu olub.

Kuastın həbs fotosunu görən sosial media istifadəçiləri onun 57 yaşlı Cennifer Lopezi xatırlatdığını bildiriblər. Foto qısa müddətdə yayılıb, istifadəçilər isə oxşarlıqla bağlı müxtəlif yumoristik şərhlər yazıblar.

Bəzi istifadəçilər ilk baxışdan fotodakı şəxsi Lopez zənn etdiklərini bildiriblər. Digərləri isə məşhur müğənninin “Jenny from the Block” mahnısına istinad edərək zarafatlar ediblər.

Kuastın daha əvvəl də müxtəlif hüquq pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarının diqqətində olduğu bildirilib. Onlayn cinayət qeydlərində narkotik saxlamaq, sərxoş vəziyyətdə avtomobil idarə etmək, polisdən qaçmaq və saxta şəxsiyyət vəsiqəsi təqdim etmək kimi müxtəlif ittihamların yer aldığı qeyd olunub.