Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir - Foto

qezada-4-nefer-yaralandi-ikisi-yeniyetmedir
Oxunma sayı: 496

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad şəhərində “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan 4 nəfər - Fatimə Mirzəzadə (2010), Cəlal Mirzəzadə (1980), Elçin Quliyev (1979) və Şəfa Məmmədova (2010) rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov