“Mənim yeganə sevgilim...”

menim-yegane-sevgilim
Oxunma sayı: 9727

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezi Sevgililər Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, futbolçu öz instaqram hesabında Corcina ilə fotosunu paylaşıb.

“Mənim yeganə sevgilim. Həmişə”, - deyə, o yazıb.

Paylaşıma qısa müddətdə 4 milyona yaxın bəyənmə, 30-mindən çox şərh gəlib.

Qeyd edək ki, K.Ronaldo Corcina ilə 8 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.