Mənsum İbrahimovun Gəncədə konserti oldu - Fotolar

mensum-ibrahimovun-gencede-konserti-oldu
Oxunma sayı: 1865

Gəncə Dövlət Filarmoniyasında “Muğam gecələri” layihəsi çərçivəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, professor Mənsum İbrahimov konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.

Bir-birindən zəngin xalq mahnıları və muğamlar ilə çıxış edən xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.