İspaniyada 70 il yaşadığı evdən polis tərəfindən çıxarılan və mənzil böhranına qarşı etirazların simvoluna çevrilən 87 yaşlı Mari Karmen Abaskal xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Abaskal sentyabrın 23-də məhkəmə qərarı ilə Madriddəki evindən çıxarılıb və 15 günlük müalicədən sonra xəstəxanada dünyasını dəyişib.
Abaskalın vəkili bildirib ki, qadının evinə qayıtması üçün yeni 8 illik icarə müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, o, pensiyasının 30 faizini kirayə haqqı kimi ödəməli idi. Lakin Abaskal xəstəxanadan çıxmadan vəfat edib.
Müqavilə Madrid Şəhər Şurası ilə daşınmaz əmlak investisiya şirkəti “Urbangestion” arasında əldə olunan razılaşmadan sonra bağlanıb.
Qeyd edək ki, qadının evindən çıxarılması İspaniyada mənzil hüquqları ilə bağlı etirazlara səbəb olub. Madriddə onun vəziyyətinə dəstək məqsədilə aksiya keçirilib.
Abaskal xəstəxanadan etirazçılara müraciət edərək mənzil hüquqları uğrunda mübarizədən əl çəkməməyə çağırıb.



Son xəbərlər
Son Xəbərlər