Məşhur aktyor film çəkilişində operatorla rejissoru güllələdi - Video

meshur-aktyor-film-cekilisinde-operatorla-rejissoru-gulleledi
Oxunma sayı: 13334

ABŞ-da film çəkilişi zamanı bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması səbəb olub. 

Döyüş səhnəsinin çəkilişi zamanı güllələrdən biri filmin operatoru, digəri isə rejissoruna dəyib. Rejissor körpücük sümüyündən yaralanıb, 42 yaşlı operator Qalina Hatçins isə çatdırıldığı xəstəxanada ölüb.

Məlumata görə, aktyor Alek Bolduin filmin çəkilişində iştirak edib və atəşi də məhz o açıb.