Messi Bakıdadır - Video

messi-bakidadir
Oxunma sayı: 12854

Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.

Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.