Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var+Fotolar

mingecevirde-masinlar-toqqusdu
Oxunma sayı: 382

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza şəhərin M.Maqomayev prospektində olub.

Belə ki, “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza zamanı 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və avtomobilin sürücüsü,1985-ci il təvəllüdlü Bəylər İsmayılov müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı