“Mirmahmud Mirəlioğlu siyasi lider ola bilməz” – Müsahibə

mirmahmud-mirelioglu-siyasi-lider-ola-bilmez-musahibe-
Oxunma sayı: 739

Klassik Xalq Cəbhəsi Partiyasının daxilində yaranmış Demokratik Birlik Fraksiyasının üzvü Fikrət Cəfərovun “Qafqazinfo”ya müsahibəsi:




- Klassik Xalq Cəphəsi Partiyasında nəsə baş verir, sədrə qarşı narazı qruplar Demokratik Birlik Fraksiyası yaradıblar və etiraz edirlər. Sədr də bu barədə detallara varmadan açıqlamalar verir. Amma məsələnin mahiyyəti açıqlanmır. Siz deyirsiniz ki, mən sədrin dostuyam, amma mən xəbərin də dostuyam. İstəyirəm ki, siz özünüz aydınlıq gətirəsiniz ki, KXCP-də nə baş verir?

- Klassik Xalq Cəphəsi Partiyasında yaranmış Demokratik Birlik Fraksiyası təzə bir ideya deyildi. KXCP-nin ətrafında baş verənlər nəinki 2010-cu ildən, demək olar ki 2005-ci ildən başlayan bir məsələdir. Yürüdülmüş səhv siyasətə etiraz edərək partiyanın müəyyən düşünən beyinlərini partiyanı tərk etməsi və bunun silsilə ardıcıllıqla davam etməsi sonda ona gətirdi ki, biz partiyadakıların böyük hissəsinin qərarına uyğun olaraq fraksiyanı təsis etdik. KXCP Mirmahmud Mirəlioğlunun yaratdığı təşkilat deyil. İdeoloji bir təşkilatdır və onun da lideri Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəy olub. Fraksiyanın gəldiyi qənaət bu idi ki, partiyanın ətrafında yaranmış dumanlı fikirləri dağıtmaq və siyasi kursdan sapınmanı ortadan götürək. Fraksiyanın məqsəd və məramı odur ki, partiyanı azmış vəziyyətindən əvvəlki vəziyyətinə qaytaraq.

- Siz deyirsiniz ki, KXCP bu gün yolunu azıb?

- Bəli, azmış bir təşkilat kimi sanki dəryada sükansız bir qayığa bənzəyir.

-Mirmahmud Mirəlioğlu mövqeyini dəyişən adama bənzəmir axı. Siz onu nədə ittiham edirsiniz? Əlinizdə bir fakt varsa açıqlayın.

- Siyasi nəzəriyyə kino deyil. Əgər sənədli film olsaydı təbii ki, istinad edərdik. Mirmahmud Mirəlioğlunun yürütdüyü siyasət göz qabağındadır. 2001-ci ildə partiyanın sədrliyini alan insan 2012-ci ilə qədər partiyanın sıralarından 150 nəfərə yaxın ictimai fikrə təsir edən insanları, 50 nəfərdən artıq professorları yola salıb.

- Bəs niyə Mirmahmud Mirəlioğlunu 5-6 ay bundan əvvəl səs verib təkrar sədr seçdiniz?

- Mən səs verdik, seçdik parametrinin əleyhinəyəm. Onunla dəfələrlə səhvləri təkrararlamamqla bağlı söhbətimiz olub. Həmin disskusiyalardan sonra mən inanırdım ki, o şəxsi korperativ maraqlara deyil, Rəsulzadə-Elçibəy ənənələrinə sadiq qalaraq iqtidara qarşı mübarizə aparacaq və onun üçün də sədrliyi ilə razılaşırdıq. Mən şəxsən partiyanın 4 dəfə gəlib getmişəm, artıq 3 dəfə aldanmaq olar.

- Yəni, ağa sizi 12 ildir aldadır.

- Əgər aldatmasaydı, fraksiyanı təsis etməyə nə ehtiyac var idi. Ümumiyyətlə, təşkilatda fraksiyanın yaranmağı yaxşı hal deyil.

- Sizin məqsədiniz nədir fraksiya kimi qalmaq yoxsa...

- Demokrat Birlik Fraksiyanın qarşısına qoyduğu əsas məqsəd KXCP-ni öz siyasi kursuna qaytarmaq və Rəsulzadə-Elçibəy ideya-siyasi davamçıları ilə birgə mübarizə aparmaqdır.

- KXCP-ni əvvəlki vəziyyətinə qaytara bilməsəniz, yəni bunu bacarmasanız necə olacaq?

-Edə bilməyəcəyik variantı yoxdur. Təbii ki, bacaracağıq. Biz bu məsələ ilə bağlı partiyada kifayət qədər iş aparırıq. Demək olar ki, artıq 5 rayon şöbəsinin konkret bizim tərəfimizə keçmək barədə bəyanatları var. Bir çox rayon şöbələrimiz də danışıqlar aparırıq və onlar Mirmahmud Mirəlioğlunun addımlarını izləyirlər.

- Yəni sədri izləyirsiniz?

- Bəli, rayon şöbələri sədrin siyasi kursunu izləyirlər görsünlər ki, bu məsələninn sonu hara gedib çıxacaq? Ondan sonra yəqin ki, mövqeləri bəlli olacaq. Ümumiyyətlə KXCP fəallarının 50 faizi bizim fraksiyanı müdafiə edir.

- Hiss olunur ki, təsis olunan bu fraksiya KXCP-nin parçalanmasına zəmin yaradır.

- Biz çalışacağıq ki, partiya parçalanmasın. Demokratik Birlik Fraksiyanın qarşısındakı məqsəd KXCP-nin parçalanması deyil. Məqsədimiz partiyanı öz siyasi kursuna qaytarmaqdır.

- Mən belə başa düşdüm ki, siz demək istəyirsiniz ki, Mirmahmud Mirəlioğlu iqtidara sərf edən siyasət yürüdür və partiya cəbhənin tutduğu mövqedə olmalıdır.

- Xeyr, yumşaq siyasət yürütmək Mirmahmud Mirəlioğlunu ittiham etməyə əsas vermir. Biz Mirmahmud Mirəlioğlunu partiyanın ətrafında yaranmış dumanlı imicini dağıtmasını istəyirdik. Biz ondan hakimiyyətin yürütdüyü siyasətə konkret mövqe istəyirdik və ondan o mövqeni görmədik.

- Niyə mövqeyini bildirmir axı... Nə siz açıq danışırsınız, nə də ağa.

- Əgər siz bu məsələni aydınlaşdırmaq istəyirsinizsə Mirmahmud Mirəlioğlunun 2005-ci ildən bu günə qədər yürütdüyü siyasətə nəzər yetirin. 2010-cu ilin parlament seçkisində onun televiziyada çıxışı var, baxmayaraq ki, indi o çıxışı internetdə tapmaq olmur. Həmin çıxışları izləsəniz hər şey sizə aydın olar.

- Bizə aydın olacaq olan məsələlər nədir? Biz bunu bilmək istəyirik.

- Nə olduğunu Mirmahmud bəy özü yaxşı bilir.

- Onda belə çıxır ki, sizinlə Mirmahmud ağanın mövqeyində fərq yoxdur. Konkret ittiham səsləndirilməlidir və heç bir tərəf o ittihamı səsləndirmir. Məsələn, hakimiyyətə “işləyir” və getməlidir.

- İctimai Palata təsis olunanda əsas yaradıcılarından və yaranmasında mühüm rol oynayan təşkilatlardan biri də KXCP idi. Qərar qəbul etmişdik ki, İctimai Palatanı yaratmalıyıq və prosesin əsas qüvvəsi olmalıyıq. Müzakirələrin səhəri günü Mirmahmud bəy deyir ki, biz gedə bilmərik. Sual olunur ki, niyə gedə bilmirik axı? Deyir mən getmirəm, siz nə qərar verirsiniz verin. Belə bir siyasət olarmı? Bir günün içində nə baş verdi axı? Təhlil aparanda görünür ki, partiyanın konkret istiqaməti bəlli deyil. Partiyanın siyasi kursunun hara sitiqamətlənməsi göz qabağındadır. İqtidara qarşı müxalifətin əsas qüvvələri ilə birlikdə olmamaq onu göstərir ki, məqsədli şəkildə kursdan yayınmalar var.

- Hansı məqsədli yayınmadan söhbət gedir axı?

- Görünən dağa nə bələdçi. Hər şey göz qabağındadır. Mirmahmud bəy suallara cavab verməkdən qaçır. Elçibəyin zəhərlənməsi barədə 4-5 fərqli fikir söyləmək və hökumətin şousuna münasibət göz qabağındadır. İctimai önəmli məsələlər var niyə aydınlıq gətirmir? Ona qarşı ictimai fikirdə formalaşan mənfi imic əslində partiyanın sıradan çıxarılmasına gətirib çıxarır. O, özünü elə aparır ki, heç nə olmayıb?

- Bəs onda nə üçün onun sədrlikdən istefasını tələb etmirsiniz?

- Bizim məqsədimiz fraksiyanı partiyanın daxilində gücə çevirməkdir. Əgər biz 50 faizdən çox tərəfdar toplasaq, onda yəqin ki, partiyanın sədrinə konkret təkliflər olacaq. O halda nə istədiyimizi də deyəcəyik ona. Əgər razılaşmasa partiyanın adından danışılması məsələsi və növbədənkənar qurultayın çağrılması müzakirə predmeti olacaq.

- Yəni Mirmahmud bəyin istefasını irəli sürə bilərsiniz.

- Demokratik Birlik Fraksiyasının məqsədi Mirmahmud Mirəlioğlunu istefasını irəli sürmək deyil. Onu demokratik qüvvələrin mərkəzinə qaytarmaqdır.

- Belə anladım ki, Mirmahmud bəyi istefaya göndərmək, onu partiyadan uzaqlaşdırmaq yox öz yoluna qaytarmaq istəyirsiniz.

- Bəli, Mirmahmud Mirəlioğlu Azərbaycan siyasətində kifayət qədər xidməti olmuş adamdır. Azərbaycan siyasətində və Azərbaycan ictimai fikrində çox müsbət qarşılanan biridir. Bizim məqsədimiz Mirmahmud Mirəlioğlunun sıradan çıxarmaq yox, onu sıraya qaytarmaqdır. Sıralarımız seyrəldikcə heç nəyə nail olmayacağıq, sıralarımızı möhkəmlətməliyik.

- Əgər ağa sizin istəklərinizə razı olmasa necə olacaq?

- O halda cəbhəçilər özləri konkret bir mövqe nümayiş etdirəcəklər.

- Bəs bu planladığınız işlər nə vaxt baş tutacaq?

- Bizim bu günkü məqsədimiz fraksiyanın təşkilatlandırılmasıdır. Yəni ki, demokratik qüvvələrlə əməkdaşlıqdır. Ola bilsin ki, biz Demokratik Birlik Fraksiyası olaraq AXCP-yə, Müsavata, İctimai Palataya əməkdaşlıq məsələsini gündəmə gətirən. Əgər KXCP-nın etiketini, özünü, cəmiyyətdə tutduğu rolunu demokratik qüvvələrin həssas gətirə bilmiriksə heç olmasa biz fraksiya olaraq KXCP-nin böyük bir hissəsini həmin qüvvələrlə birgə əməkdaşlıq edib hakimiyyətə qarşı birgə mübarizə aparaq.

- Yəni ki, 2013-cü ilə, prezident seçkisinə kimi bu məsələ bəlli olacaq?

- Mən sizə deyim ki, nəinki prezident seçkilərinə, hətta aprel, may ayına Demokratik Birlik Fraksiyasının konkret hədəfləri müəyyənləşəcək. Əgər partiya Əbülfəz Elçibəyin müəyyənləşdirdiyi kursa qayıdacaqsa, bu məsələlərin istiqamətlərini müəyyənləşdirəcəyik. Yox əgər Mirmahmud bəy yenə indiki kimi fikiri, mövqeyi bəlli olmayan aydın olmayan fikirlərlə,özünü yola verməklə məşğulm olacaqsa təbii ki, o halda konkret məqsədlər bəlli olacaq. Yəqin ki, bizim demokratik Birlik Fraksiyası aprel ayında konkret AXCP, Müsavat yəni müxalifətin əsas qüvvələri ilə əməkdaşlıq və qarşıda duran vəzifələrdə birgə olacayıq. KXCP də bu qüvvələrlə birlikdə olmalıdır. Sizə sual versəm ki, bu gün müxalifətin əsas qüvvələri hansılardı yəqin ki,o dəqiqə deyəcəksiniz ki, AXCP, Müsavat, KXCP. Bu qüvvələrin ikisi birlikdədir, biri bunlardan ayrıdır. Demək səhv bu ikisində ola bilməz, tək qalan səhvdir də. Niyə gəlmir? Korperativ maraq imkan vermir və yaxud partiyadan kənar idarə olunmalar imkan vermir partiya hımin qüvvələrlə birlikdə olsun.

- Ağanın müsahibəsində belə bir fikir bildirmişdir ki, hiss olunur ki, o dediyiniz digər partiyalardan nəsə sizə təsirlər var. O nə dərəcədə doğrudur?

- Fraksiya təsis olunanda Mirmahmud bəy məzuniyyətdə idi. Hesab edirdim ki, o məzuniyyətsdən qayidacaq və əlahəddə bir fikirlər söyləyəcək. Məzuniyyətdən qayıdandan sonra yenə həmin dedi-qodu, aydın olmayan fikirlər, 10 il bundan öncə mövqeyinə görə ona qarşı olan insanları mövqeyinə görə, xain, satqın obrazı müəyən adamların əli ilə yola salınması başqa bir şey görmədim. Mən və ya fraksiyanı təsis edən digər dostlarımız Mirmahmud Mirəlioğlunun liderliyini heç vaxt qəbul etməmişik. Məsələn, mənim üçün Mirmahmud Mirəlioğlu siyasi lider ola bilməz. Ayıb olar mənim üçün. Biz onunla dost, müttəfiq ola bilərik. Bu insan elə düşünür ki, partiya onundur və o istədiyi kimi hərəkət edə bilər. Bura Mirmahmud Mirəlioğlunun partiyası deyil. Özünü də Əbülfəz Elçibəyin varisi elan edib. Hələ ki, ona qarşı, onun əleyhinə olan fikirlər Elçibəyin əleyhinə olan fikirlər kimi təqdim edir. Kənar partiyalardan bizə təsirlər mümkün deyil. Mirmahmud Mirəlioğluna onu xatırlatmaq istəyirəm ki, biz mozq yeyənik, bizim mozqumuzu yemək mümkün deyil. Bunun üçün də mən onu sivil qaydada müzakirəyə dəvət edirəm. Partiyanın pərakəndəliyindən yaxa qurtaraq. Müxalifətin əsas hissəsində fəaliyyətimizi davam etdirək.

- Olmasa?

- Yəqin ki, seçimi Mirmahmud Mirəlioğlu edəcək biz yox.

Söhbətləşdi: Elbrus Ərud, Gülnar Ədalətqızı