Mirziyoyev Azərbaycana dövlət səfərinə dəvət edildi

mirziyoyev-azerbaycana-dovlet-seferine-devet-edildi
Oxunma sayı: 224

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə dəvət edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında bildirib.

“Sizin üçün münasib vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim”, - deyə dövlət başçısı qeyd edib.