“Moskva bizi sınağa çəkir”

moskva-bizi-sinaga-cekir
Oxunma sayı: 337

Almaniya kansleri Fridrix Merts Rusiyanın yalnız hibrid hücumlarla deyil, Almaniya və Avropanın digər ölkələrində yaydığı təbliğatla da onları sınağa çəkdiyini bildirib.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, Merts bunu Berlində Litvanın Baş naziri Mindauqas Sinkeviçiusla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Almaniya hökumət başçısı Rusiyanın hücumlarının uzun müddətdir yalnız Ukrayna ilə məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, Almaniya və digər Avropa ölkələri də bu hücumların hədəfinə çevrilir.

“Rusiya son aylarda ekspansionizm və revizionizm siyasətini nəinki başlatdı, həm də bunu daha da intensivləşdirdi. Moskva bizi sınağa çəkir. Təkcə bu cür hibrid hücumlarla deyil, həm də Almaniyada və Avropanın digər ölkələrində yaydığı təbliğat vasitəsilə. Onların bizi nə qorxutmasına, nə də parçalamağına imkan verəcəyik”, - deyə Merz bildirib.