Moskva hava limanları 29 təyyarəni gecikdirib, üç reysi ləğv edib

moskva-hava-limanlari-29-teyyareni-gecikdirib-uc-reysi-legv-edib
Oxunma sayı: 2373

Noyabrın 26-da səhər saatlarında Moskvanın üç hava limanında 29 təyyarə ləngiyib, üç reys təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.

Bildirilib ki, Vnukovo hava limanında 10, Şeremetevoda isə 11 reys gecikib. Domodedovoda 8 təyyarə gecikib, daha üç reys təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Moskva, Tula, Kaluqa və Bryansk vilayətləri üzərində Ukraynaya məxsus 11 pilotsuz təyyarənin vurulduğu bildirilib. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, pilotsuz təyyarələrdən bəziləri Rusiya paytaxtına doğru uçub. Daha sonra o, Podolsk üzərində daha bir PUA-nın məhv edildiyini bildirib. İlkin məlumatlara görə, tələfat və ciddi dağıntı yoxdur.