Moskvadakı yanğın söndürüldü - Fotolar + Yenilənib

moskvadaki-yangin-sonduruldu
Oxunma sayı: 2923

Rusiyada güclü yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilib ki, hadisə paytaxt Moskvada yerləşən Çernyaxovski küçəsində qeydə alınıb.

Belə ki, hündürmərtəbəli binanın damında başlayan yanğın sonra geniş ərazini əhatə edib.

Nəticədə 400-dən çox sakin təxliyə edilib, 10-dan çox insan isə xəsarət alıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə iki helikopter də cəlb olunub.

***

Yanğınsöndürənlər yaşayış binasının damında baş verən yanğını tamamilə söndürüblər.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.