“Moskvaya zərbə endirə bilərsən?” - Zelenskiyə bu sualı verdi

moskvaya-zerbe-endire-bilersen
Oxunma sayı: 8673

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə 4 iyul tarixli telefon danışığı zamanı Ukraynanın Moskvaya zərbə endirib-endirə bilməyəcəyini soruşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” mənbələrə istinadən yazıb.

Söhbət zamanı ABŞ lideri yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa təzyiqin artırılmasının vacibliyini ifadə edib: “Volodimir, Moskvaya zərbə endirə bilərsən? Sankt-Peterburqa da?”

Zelenski Trampın sualına cavab olaraq bildirib ki, belə bir əməliyyat yalnız Vaşinqton tərəfindən müvafiq silahların verilməsi halında mümkün ola bilər: “Əlbəttə. Əgər siz bizə silah versəniz, edə bilərik”.

Danışıqlardan sonra ABŞ rəsmiləri Ukraynaya üçüncü ölkələr vasitəsilə təmin edilə biləcək uzaqmənzilli zərbə sistemlərinin siyahısını təqdim ediblər.