Mosulda kütləvi məzalıq tapılıb

mosulda-kutlevi-mezaliq-tapilib
Oxunma sayı: 654

İraqın Mosul şəhərində İŞİD terrorçularının qətlə yetirdiyi dinc sakinlərin kütləvi məzarlığı tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Sumariyə” telekanalı məlumat yayıb.

Kütləvi məzarlıq terrorçuların nəzarətindən bir neçə gün əvvəl azad edilmiş Əş-Şifa rayonunda aşkar edilib. Məzarlıqdan 60 cəsəd tapılıb. Qurbanların güllələnərək qətlə yetirilidiyi ehtimal edilir.

Qeyd edək ki, Mosul şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı 2016-cı ilin oktyabrından başlayıb.